Klublarda futbolçuların əmək haqlarına limit qoyulacaq.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, futbolçulara bu qədər pul vermək olmaz:
“Bizdə çoxlu pul verdiklərindən, xaricə getmək istəmirlər. Rəqabət yoxdursa, niyə gedib Almaniyada oynamalıdır? Kim altdan-altdan pul versə, onları cəzalandıracağıq”.