Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb - VİDEO
Moskvada Kiyev şosesinin 36-cı kilometrliyində baş verən dəhşətli yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
Qəza yük maşınının sürücüsünün yuxuya getməsi səbəbindən baş verib.
Məlumata görə, 21 yaşlı qızın “Volkswagen Tiguan” markalı avtomobili xarab olub və o, ikinci zolaqda dayanaraq evakuator çağırıb. Qıza Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin (DYMİ) patrul əməkdaşları kömək edib, onlar konusları yola qoyub, sayrışan işıqları yandırıb və qızı isinmək üçün xidməti avtomobilə əyləşdiriblər.
Bir müddət sonra evakuator gəlib və iki işçi xarab olan avtomobili yükləməyə başlayıb. Bu zaman Belarusdan olan 54 yaşlı sürücü Gennadi Andryuşkinin idarə etdiyi yük maşını onların və yol polisinin maşınının üstündən keçib. Kişi sükan arxasında yuxuya gedib və zolağın bağlı olduğunu görməyib.
Nəticədə xarab olan avtomobilin sahibi və evakuator işçilərindən biri, 30 yaşlı kişi dünyasını dəyişib. Onun 30 yaşlı partnyorunun ayağı qopub. Yol polisi əməkdaşları xəsarət almayıblar, onlar toqquşma zamanı avtomobildə olmayıblar.
Mənbə: “Shot” “Telegram” kanalı
Rəylər