SSRİ istehsalı olan "Tu-22M3" səsdən sürətli təyyarə Rusiyanın İrkutsk vilayətinin Svirsk şəhəri yaxınlığında qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
İlkin məlumatlara görə, ekipaj üzvləri xilas ola biliblər. Heyət üzvləri təyyarədən paraşütlə tullanıblar. Daha sonra hava gəmisi Anqara çayının sahilinə düşüb.
Ehtimala görə, təyyarənin qəzaya uğramasına mühərriklərin sıradan çıxması səbəb olub. "Tu-22M3"ün göyərtəsində hava gəmisinin komandiri, onun köməkçisi, şturman-naviqator və şturman-operator olub.
Qaynar xətt:
(055) 224 12 12