Rusiyanın İrkutsk vilayətində spirt tərkibli “Yemişan” vasitəsindən zəhərlənərək ölənlərin sayı 74 nəfərə çatdı, ümumilikdə 122 nəfər zərər çəkib, onlardan biri Brtask şəhər xəstəxanasına çatdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Metil spirtindən zəhərlənmə əlamətləri olan bir nəfər gecə saatlarında Bratsk şəhərinin xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır. Dekabr ayının 23-nə olan məlumata görə, “Yemişan”dan zəhərlənərək ölənlərin sayı 74, ümumi zərərçəkənlərin sayı isə 122 nəfərdir. 31 nəfər stasionar müalicə alır”, - məlumatda deyilir.
Saxta spirt tərkibli maddədən kütləvi zəhərlənmə halı İrkutskda istirahət günlərində qeydə alınıb. Müstəntiqlər “iki və ya daha çox adamın ölümünə səbəb olan təhlükəsizlik tələblərinə cavab verməyən məhsulun istehsalı, saxlanması və satılması” maddəsi ilə cinayət işi açıblar.
Məmulatın saxlanıldığı anbar aşkar edilib.
N.O.
www.oxu.az