Rusiyada Dövlət Dumasının deputatı Ayrat Xayrullinin öldüyü “Bell 407” helikopterinin qəzaya düşmə anının görüntüləri yayılıb.
Bu barədə “Life Şhot” məlumat yayıb.
Kazan yaxınlığında baş verən qəzanın səbəbinin pis hava şəraiti və pilotun səhvi olduğu bildirilib.
Xatırladaq ki, fevralın 7-də Kazan yaxınlığında “Bell 407” helikopteri qəzaya uğrayıb. Bu zaman helikopterdə rusiyalı deputat Ayrat Xeyrullin, köməkçisi Ramiz Həzizov və pilot Cavad Süleymanov olub. Qəza nəticəsində 49 yaşlı Ayrat Xeyrullin həlak olub.