Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov Böyük Britaniyanın nümayəndəsi Mettyu Raykrofta “Rusiyanı bir daha təhqir etmə!” deyə bəyan edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Raykroft öz çıxışında bildirib ki, Rusiya veto hüququndan sui-istifadə edərək rejimi (Suriya hakimiyyətini) və kimyəvi silahın tətbiqini dəstəkləyir, həmçinin Moskva etibarını itirib.
Safronkovun sözlərinə görə, Raykroft Suriya üzrə BMT-nin xüsusi səfiri Steffan de Misturanın səylərə və siyasi prosesin inkişafına mane olmaq, BMT-nin konfrontasiya və düşmənçilik gətirmək haqqında düşünür.
“Qorxdunuz, yuxunuz qaçdı ki, biz ABŞ ilə əməkdaşlıq edəcəyik. Siz bundan qorxursunuz. Bu qarşılıqlı fəaliyyətə mane olmaq üçün hər şey edirsiniz... Mənə bax, gözünü qaçırma. Niyə gözünü qaçırdırsan?”, - deyə Safronkov Raykrofta müraciət edib.
Onun sözlərinə görə, Raykroft Suriyada atəşkəs üçün təhqiredici tələblər təqdim edir, London isə bu zaman qanunsuz qruplaşmaları qəbul edir.
“Cənab Raykroft bu gün gündəmdənkənar danışırdın, Suriya, İran, Türkiyə və digər dövlətləri təhqir edirdin. Cənab sədr, iclasın gedişatında qaydalara riayəti izləməyi xahiş edirəm, belə ki, bəziləri BMT-nin Təhlükəsizlik Şurasındakı yerinə məsuliyyətsizcəsinə və təhqiramiz yanaşır. Rusiyanı bir daha təhqir etmə!”, - Safronkov bildirib.
N.О.
www.oxu.az