Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyanın Saxalin vilayətində fövqəladə vəziyyət: Sakinlər evlərindən çıxmaq üçün “qazıntı” aparırlar - VİDEO
“Aman Allah, bu, evin çıxışıdır. Ümumiyyətlə, nə edəcəyimi bilmirəm”.
Səhəri bu sözlərlə açan Rusiyanın Cənubi Saxalin vilayətinin sakinləri evlərindən çıxmaq üçün nəhəng qar uçqununu qazaraq özlərinə yol açmalı olublar. Çünki evlərin qapıları tamamilə qarla örtülüb.
Qeyd edək ki, Saxalin paytaxtında güclü qar səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Vilayətin qubernatoru bütün müəssisələrin rəhbərlərinə çağırış edib ki, işçiləri evdən işləsinlər.
Bütün kommunal və yol xidmətləri əsas yolların operativ şəkildə təmizlənməsi üçün səfərbər olunub. Qar fırtınası səbəbindən şəhər avtobusları xəttə çıxa bilməyib.️
Şəhərdə təcili tibbi yardım xidmətinin təşkili işləri aparılır. Hələlik təcili yardım maşınları yalnız əsas küçələrlə hərəkət edə bilirlər. Yolların təmizlənməsinə könüllülər və qar avtomobilləri cəlb olunub. Zəruri hallarda həkim briqadalarını Fövqəladə Hallar Nazirliyinin əməkdaşları müşayiət edəcəklər.
“Görmə məsafəsinin sıfır səviyyəsində olması və güclü külək səbəbindən şəhərdə bütün növ ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Şəhər rəhbərliyi işəgötürənlərdən israrla tələb edir ki, işçiləri məsafədən iş rejiminə keçirsinlər”, - deyə Cənubi Saxalin meri Sergey Nadsadin sosial şəbəkə hesabında bildirib.
Mənbə: RT “Telegram”, “Rossiyskaya gazeta”
Rəylər