Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sankt-Peterburqda azərbaycanlıların toy məclisinə silahlı müdaxilə: Saxlanılanlar var - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.
Bununla bağlı videogörüntülər “Telegram” kanallarında paylaşılıb.
Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar.
Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir.
İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.
Sankt-Peterburqda azərbaycanlıların toy məclisinə silahlı müdaxilə: Saxlanılanlar var - VİDEO
Ən çox oxunanlar