Avropa Şurasının sədri Şarl Mişel bildirib ki, Ukraynanın Aİ-yə üzvlük müraciəti yaxın günlərdə müzakirə olunacaq.
Bu barədə o, Twitter-də məlumat verib.
Mişel qeyd edib ki, Aİ Rusiyanın hərbi müdaxiləsi nəticəsində yaranmış humanitar vəziyyətin yumşaldılması və nüvə təhlükəsizliyinin təmin edilməsi səylərində “qətiyyətlə Ukraynanın tərəfindədir”.
O vurğulayıb ki, həmrəylik, dostluq və Aİ-nin Ukraynaya misilsiz yardımı sarsılmazdır.
The EU’s solidarity, friendship and unprecedented assistance for #Ukraine are unwavering.
— Charles Michel (@eucopresident) March 7, 2022
We will discuss Ukraine’s membership application in coming days.