Şəlalədə selfi çəkmək arzusunda olan Braziliya sakini yıxılaraq ölüb.
Xəbəri yerli “Bemparana” agentliyi dərc edib.
Faciə Braziliyanın cənubunda baş verib.
22 yaşlı Qilyerme Çapetti şəlalənin başında foto çəkilişləri zamanı sürüşərək təxminən on metr yüksəklikdən qayalara yıxılıb.
Gənc oğlan çoxsaylı sınıq və kəllə-beyin travması alıb, dostları ona ilkin tibbi yardım göstərməyə çalışıblar.
Xəstəxanaya çatdırılan Q.Çapetti komaya düşüb. Həkimlərin səylərinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.