Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Senator Qrem: "ABŞ hökuməti Cənubi Karolinadakı qasırğa qurbanlarına deyil, İsrailə kömək etməlidir"
"ABŞ hakimiyyəti ilk növbədə Cənubi Karolinada qasırğadan zərər çəkənlərə deyil, İsrailə kömək etməlidir. Bu Yaxın Şərq ölkəsi ətrafında baş verənlər Vaşinqton üçün prioritet olmalıdır".
Oxu.Az xəbər verir ki, bu sözləri ABŞ-nin "Fox News" telekanalında senator Lindsi Qrehem deyib.
O qeyd edib ki, Cənubi Karolina sakinlərinə rəğbət bəsləyir və orada qasırğa başlayandan sonra bu ştatı gəzib, lakin İsraildə baş verənlərdən daha çox narahatdır. Onun fikrincə, indi israillilər hər tərəfdən onları öldürməyə çalışan insanların əhatəsindədir.
O, İsrail ordusunu rəqiblərinin hərəkətlərinə qeyri-mütənasib reaksiya verməkdə ittiham edən ABŞ prezidenti Co Baydeni tənqid edib. Qrehemə görə, "məsələ sizi və sevdiklərinizi məhv etmək istəyənlərlə bağlıdırsa, heç bir mütənasiblikdən söhbət gedə bilməz".
Rəylər