“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq sosial şəbəkələrin zərərli təsirlərindən əziyyət çəkən uşaqların ailələrindən üzr istəməyə məcbur olub.
Canlı yayım ABŞ Senatının komitəsinin rəsmi saytında aparılıb.
“Bu gün qurbanların ailələri buraya toplaşıblar. Qurbanlardan üzr istəmisiniz? Bunu indi etmək istərdinizmi? Onlar buradadırlar, milli televiziya bunu yayımlayır, qurbanlardan üzr istəmək istərdinizmi?”, - deyə Senator Coş Houli Zukerberqdən soruşub.
Bu sözlərdən sonra Zukerberq üzünü valideynlərə tərəf çevirərək üzr istəyib. Yayım zamanı ailələrin çoxunun əllərində uşaqlarının şəkilləri olub.
“Hamınızın başınıza gələnlərə görə məyusam. Heç kim sizin ailələrinizin başına gələnləri yaşamalı deyil”, - deyə Zukerberq bildirib.
Korporasiya rəhbəri qeyd edib ki, uşaqlara mümkün zərərin azaldılması üçün lazım olan hər şey ediləcək. Houli “Meta”nın qurbanlara təzminat ödəyib-ödəməyəcəyinə də aydınlıq gətirib. Lakin Zukerberq bu suala cavab olaraq, onun işinin yaxşı alətlər hazırlamaq olduğunu bildirib.
Senatorlar Zukerberqi üzr istəməyə məcbur ediblər - VİDEO
Mənbə: TASS
Rəylər