Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Serbiyada skuterin alışması altı nəfərin ölümünə səbəb olub
Serbiyada dördü uşaq olmaqla altı nəfər elektrik skuterinin alışması nəticəsində həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Faciə Novi-Sad şəhərində baş verib.
"Bu səhər Corc Dere küçəsindəki evdə baş verən yanğında dörd uşaq daxil olmaqla altı nəfər ölüb", - deyə daxili işlər naziri İvitsa Daçiç bildirib.
Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün detallarının müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirirlər.
"Serbiya" teqi üzrə xəbərlər
- "Haber Global": "Serbiyada yeni hökumət quruldu, insanlar küçələrə çıxdılar"
- Azərbaycan və Serbiya HHQ komandanları görüşüblər
- Monteneqro Aİ-yə can atır: Prezident ittifaqa qoşulma tarixini açıqladı
- Həkim-endokrinoloq Serbiyanın baş naziri oldu
- Aleksandar Vuçiç: "Ən azı iki dünya liderinin Putinlə gizli danışığı olub"
Ən çox oxunanlar