Rusiyanın Dağıstan Respublikasının sakini yeni aldığı qiymətli daşlarla bəzədilmiş xəncərlə özünə xəsarət yetirib.
Bu barədə Dağıstan Səhiyyə Nazirliyi “Instagram” hesabında paylaşım edib.
35 yaşlı kişi yerli zərgərdən silah alıb və bunu barda qeyd etmək qərarına gəlib.
Rəqs edən zaman o, xəncərin üstünə yıxılıb və qarın nahiyəsindən daxili orqanlarına nüfuz edən xəsarət alıb.
Həmin şəxs güclü qanaxma ilə Respublika Travmatologiya və Ortopediya Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir və həyati təhlükəsi yoxdur.
Kişi həkimlərə deyib ki, həmişəlik spirtli içkidən imtina edəcək və ümid edir ki, nişanlısı onu bağışlayacaq.
