Səudiyyə Ərəbistanı İsrail ilə münasibətlərin normallaşdırılması üçün öz şərtini irəli sürüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı açıqlayıb.
O bildirib ki, Fələstin məsələsinin həlli üçün aydın bir plan olmalıdır və Səudiyyə Ərəbistanı yalnız bundan sonra İsrail ilə münasibətləri normallaşdıra bilər.