Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əl-Səud Moskva səfəri zamanı öz nümayəndə heyəti ilə Kreml yaxınlığında yerləşən “Ritz Carlton” otelinin 11-ci mərtəbəsini tamamilə tutacaq.
Oxu.Az xəbər verir ki, bu haqda “Daily Storm” məlumat yayıb.
Məlumata görə, şahzadə və onun nümayəndə heyəti DÇ-2018-in açılışı üçün Rusiyaya doqquz təyyarədə gələcək. Onu öz cangüdənləri ilə yanaşı Kreml və Dövlət Dumasının təhlükəsizlik xidmətinin əməkdaşları mühafizə edəcək.
Otelin 11-ci mərtəbəsinə yalnız xüsusi buraxılışı olan şəxslərin qalxa biləcəyi bildirilir.
“Ritz Carlton” hələ ki, məsələyə münasibət bildirməyib.
F.M.
www.oxu.az