Şimali Koreyanın BMT yanında daimi nümayəndəsi Kin İn Ren bəyan edib ki, ABŞ-ın Koreya yarımadasındakı əməliyyatları nəticəsində nüvə müharibəsi istənilən an başlaya bilər.
Oxu.Az xəbər verir ki, bu barədə o, mətbuat konfransının gedişatında bildirib.
Diplomat ABŞ-ı regionda təhlükəli vəziyyət yaradan addımlardan çəkinməyə çağırıb.
“Pxenyan öz tərəfindən Vaşinqtonun istənilən aqressiv addımlarına qarşı cavab addımı atmağa hazırdır”, - Şimali Koreyanın rəsmisi bəyan edib.
Onun sözlərinə görə, Şimali Koreyaya sanksiyaların tətbiqi ölkənin müstəqilliyinin pozulmasıdır. O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası ABŞ adından hərəkət edir.
N.О.
www.oxu.az