Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şri-Lanka müflislikdən qurtuldu
Şri-Lanka dövlət borcunun restrukturizasiyası prosesini tamamlayıb və müflis vəziyyətindən xilas olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "X"də (keçmiş "Twitter") ölkənin Maliyyə Nazirliyinin iqtisadi inkişaf, milli siyasət, planlaşdırma ilə bağlı müvafiq əmrini dərc edən Şri-Lanka Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Əli Sabri bildirib.
Sabri müvafiq əmri izah edərək, qeyd edib ki, bu gün Şri-Lanka rəsmi olaraq borcun restrukturizasiya prosesini tamamlayıb və müflis vəziyyətindən çıxıb.
Onun sözlərinə görə, ada dövlətinin hakimiyyət orqanları Şri-Lankanın bərpasına töhfə verən mühüm iqtisadi islahatlar həyata keçirib.
Qeyd edək ki, son bir neçə ildə Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən sonra özünün ən pis maliyyə və iqtisadi böhranını yaşayır. Buna pandemiya ilə əlaqədar xarici turizmin azalması səbəb olub ki, bu da ölkənin valyuta ehtiyatlarının çatışmazlığına gətirib çıxarıb. 2022-ci ilin mart ayına qədər ümumi borc yükü 21,6 trilyon Şri Lanka rupisinə (58 milyard dollardan çox) çatıb.
Rəylər