"Kiyevin müttəfiqləri ABŞ-nin Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə artıq mövcud olan planı ilə işləmək, yeni sənəd hazırlamamaq barədə qərara gəliblər".
Oxu.Az "Daily Express" nəşrinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
Onun sözlərinə görə, planın bəzi bəndləri Avropa ölkələrinin və NATO üzvlərinin razılığını tələb edir.
Britaniya baş naziri hesab edir ki, ABŞ Prezidenti Donald Trampın 28 bənddən ibarət ilkin plan versiyasında bir sıra qəbuledilməz bənd var idi:
"Lakin planda ədalətli və davamlı sülh üçün zəruri olan mühüm elementlər də olub. Cenevrədə keçirilən məsləhətləşmələr zamanı ABŞ və Ukrayna sülh təşəbbüsü ilə bağlı irəliləyiş əldə ediblər. Plan aşağıdakı əsas prinsiplər əsasında qurulmalıdır: Ukraynanın suverenliyi təmin edilməlidir, Ukrayna gələcəkdə özünü qorumaq imkanına malik olmalıdır, Ukraynanın özü və onun gələcəyi ilə bağlı məsələlər Ukrayna tərəfindən müəyyən edilməlidir. Tərəflər sənədi redaktə etməyə davam edirlər".