Suriyada yeddi ilə yaxındır davam eden vətəndaş müharibəsini bitirmək üçün başladılan Cenevrə görüşmələri məsələsində yeni bir açıqlama verilib.
Oxu.Az xəbər verir ki, Suriya müxalifətinin müzakirəçisi Nasr Hariri, yeni tur görüşmələrin 24-26 yanvar tarixlərində Avstriyanın paytaxtı Vyanada gerçəkləşdiriləcəyini söyləyib.
O, eyni zamanda, ABŞ-ın müdafiə etdiyi PKK-nın uzantısı olan YPG-nin əsasını təşkil etdiyi “Sərhəd Gücləri”nin Suriyada parçalanmaya yol açacağını da ifadə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az