Hisar şəhərində Tacikistan prezidenti Emoməli Rəhmonun “Taciklər tarix aynasında” kitabına bir ton çəkisi olan abidə qoyulub.
Oxu.Az-ın məlumatına görə, bu barədə bazar ertəsi, noyabrın 28-də, CA-News saytı xəbər verib.
“Bu abidə böyük kitaba həsr olunub (...) nəşrin bütün dəyərini çatdırmaq mümkün deyil”, - şəhər təhsil şöbəsinin müdiri Nazri Əsədzoda deyib.
Qeyd olunur ki, abidə müvəqqəti olaraq Hisar şəhər administrasiyasının qarşısında yerləşdirilib. Məktəblilər buraya vətənpərvərlik ruhunu aşılamaq üçün gəlirlər. Gələcəkdə abidə şəhərin mərkəzinə keçiriləcək.
S.B.
www.oxu.az