Polis və kahinlər arasında qarşıdurma Tailandda Vat Txammakay məbəd kompleksinin önündə baş verib, məbədə gələn bir qadın xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi “Khom Çat Lık” qəzeti məlumat yayıb.
Kahinlər bazar ertəsi səhər saatlarında məbədin darvazaları önündə qurulmuş polis mühasirəsini qırmağa çalışıblar. Mühasirənin məqsədi məbədə gələnlərin qarşısını almaq və kahinləri, eləcə də 40 milyon dollar həcmində korrupsiya və məbədə verilən pulları mənimsəməkdə ittiham edilən məbədin sabiq rəhbəri Phra Thammaçayonu qorumaq idi.
54 yaşlı qadın təsadüfən qarşıdurmanın gərgin olduğu ərazidə yıxılıb və çoxsaylı travmalar alıb. Onu dərhal xəstəxanaya aparıblar.
Keçən həftə minlərlə polis axtarış aparmaq üçün məbədə göndərilib. Axtarış iki gün çəkib, amma axtarışı elan edilən kahini həbs etmək mümkün olmayıb.
N.O.