ABŞ-ın dövlət katibi Reks Tillerson Şimali Koreyanın lideri Kim Çen Inla danışıqlar aparmaqla vaxt itirir.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Twitter” səhfəsində yazıb.
“Mən bizim möhtərəm dövlət katibimiz Reks Tillersona dedim ki, balaca raket-adamla (Kim Çen Inla – red.qeyd) danışıqlar aparmaqla əbəs yerə vaxt itirir. Reks, enerjinizə qənaət edin, biz etməli olanı edəcəyik!” – dövlət başçısı yazıb.
N.О.