Suriyanın şimalında Əl-Bab şəhərində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlılarının hücumu nəticəsində bir türk hərbçisi, “Ərəfat qalxanı” əməliyyatının gedişatında isə 11 yaraqlı məhv edilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından bazar ertəsi məlumat yayılıb.
Həmçinin İŞİD-in mövqelərinə artilleriya silahlarından, eləcə də 52 aviazərbənin endirildiyi bildirilib. Zərbələr nəticəsində terrorçuların müdafiə mövqeləri, silah anbarları və qəragahları məhv edilib.
N.O.
www.oxu.az