Türk hərbçiləri Suriyanın şimal hissəsində apardıqları əməliyyat nəticəsində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının 32 yaraqlısını məhv ediblər.
Oxu.Az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, son sutka ərzində Türkiyənin hərbi təyyarələri İŞİD-in 21 mövqeyinə zərbələr endirib. Zərbələr nəticəsində binalar dağıdılıb, Əl-Bab və Bzaqa rayonlarında nəqliyyat vasitələri məhv edilib.
N.O.
www.oxu.az