Türkiyənin hərbi hava qüvvələri “Ərəfat qalxanı” əməliyyatı çərçivəsində Əl-Bab şəhərində olan və “İslam dövləti” qruplaşmasının yaraqlılarının fəal şəkildə istifadə etdikləri çoxsaylı tunelləri məhv ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Ankaradakı hərbi mənbəyə istinadən “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, 15 il bundan öncə kənd təsərrüfatında Ərəfat çayından istifadə edərək suvarma məqsədi ilə tikilən tunellər dağıdılıb.
Mənbə əlavə edib ki, bu, Əl-Babda böyük itkilərə məruz qalan terrorçuların manevr sahəsini kiçildib.
N.O.
www.oxu.az