Britaniyalı müğənni Adel “25” adlı albomu üçün musiqili “Qremmi” mükafatından imtina edib və bildirib ki, bu qələbəyə amerikalı müğənni Beyons layiqdir.
Oxu.Az NME portalına istinadən xəbər verir ki, o, Beyonsu öz kumiri hesab edir.
“Mən bu mükafatı götürə bilmərəm”, - Adel bəyan edib.
“Mən sənə heyranam və mənim himayədarım olmanı istəyirəm”, - qalib mükafatlandırma zamanı Beyonsa müraciət edərək deyib.
BBC News qeyd edir ki, Adel ən yaxşı albom üçün mükafatı rəsmi olaraq qəbul etməsə, “Qremmi”dən imtina edən ikinci şəxs olacaq. İlk dəfə bunu 1990-cı ildə irlandiyalı müğənni və fəal Şineyd Okonnor edib. O, bu mükafatlandırma mərasimini “saxtakarlıqla dolu canfəşanlıq adlandırıb”.
“Qremmi”nin 59-cu mərasimi bazar ertəsinə keçən gecə Los-Ancelesdə baş tutub. “Hello” mahnısı ilə Adel həmçinin “Ən yaxşı sinql”, “Ən yaxşı solo pop ifa” və “İlin yazısı” nominasiyalarında da qalib olub. Beyons “Formation” mahnısının klipinə görə mükafata layiq görülüb.
A.S.
www.oxu.az