Türkiyənin Kocaeli vilayətində avtomobil fabrikində çalışan Hüseyn Sarı adlı bir nəfər boş vaxtlarında düzəltdiyi mikroheykəllərə görə məşhurlaşıb.
Oxu.Az Onedio.com-a istinadla məlumat verir ki, neştər və iynədən istifadə etməklə qələmlərin ucunda nadir mikrofiqurlar düzəldən H.Sarı 4 ildir bu işlə məşğul olur.
O artıq 150-dən çox əsər düzəldib. Əsərlərinin arasında Atatürk, Eyfel qülləsi, Mona Liza, Çarli Çaplin fiqurları da var.
İsmayıl Nur