Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Türkiyə hökuməti ordunu döyüş hazırlığı vəziyyətinə gətirib](https://images.oxu.az/2025/01/09/e5Z70J04YJKi9fg5snwKbDqbSNY2b3KNnFwMU5ZP:1200.jpg)
Türkiyə hökuməti ordunu döyüş hazırlığı vəziyyətinə gətirib
Türkiyə Silahlı Qüvvələri Suriyada PKK döyüşçülərinə qarşı mümkün əməliyyat səbəbindən döyüş hazırlığı vəziyyətinə gətirilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə hökumətə yaxın "Türkiye" qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
"Terror təşkilatına qarşı zəruri tədbirlərin görülməsini Suriyanın yeni rəhbərliyindən tələb edən Ankara istənilən ssenariyə hazırlaşmağa davam edir", - deyə nəşr bildirir.
Qeyd edilir ki, Suriya müxalifətinin lideri Əhməd Şara ilə aparılan görüşlərdə Ankara lazımi addımların atılması tələbini aydın şəkildə çatdırıb.
Türkiyənin planına görə, təmizləmə prosesi iki mərhələdə həyata keçiriləcək.
İlk mərhələdə suriyalı olmayan PKK/YPG terrorçuları ölkəni tərk edəcək. İkinci mərhələdə isə YPG-nin bütün komanda heyəti Suriyanı tərk edəcək.
Suriyalı olanlar isə silahı yerə qoyacaq və yeni sistemə inteqrasiya olunub-olunmayacaqlarına Suriya rəhbərliyi qərar verəcək.
"Türkiyə-Suriya münasibətləri" teqi üzrə xəbərlər
- Türkiyədən Suriyaya müdafiə yardımı: Fəaliyyət planı hazırlanır
- Türkiyə və Suriya münasibətlərində yeni dövr: Hələbdəki baş konsulluq 13 il sonra qapılarını açdı
- Türkiyə Suriya ilə 13 il əvvəl dayandırılmış hava əlaqəsini bərpa edir
- Yaxın vaxtlarda Suriyaya quru əməliyyatı olacaqmı? - Türkiyəli nazirlərdən AÇIQLAMA
- Suriyanın yeni hökumətinin lideri Türkiyəyə ilk səfərini planlaşdırır
Rəylər