Türkiyədə koronavirusa yoluxanların və bu epidemiyadan ölənlərin sayı yenidən artmaqdadır. Ölkədə son sutka ərzində koronavirusdan 45 nəfər ölüb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında bildirib. Nazir həmçinin Türkiyənin koronavirusun birinci dalğasının ikinci pikini yaşadığını da qeyd edib.
Son 24 saatda ölkədə 107 927 şübhəli koronavirus testindən keçib, onlardan 1596-nın cavabı pozitiv olub.
Türkiyədə indiyə qədər 273 301 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 246 876 nəfər sağalıb, 6462 nəfər ölüb.
Посмотреть эту публикацию в Instagram"Türkiyə" teqi üzrə xəbərlər
- Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı
- Kadir İnanırın miras qalmaqalı: Qardaşı oğlu itmiş saatları axtarır - Foto
- İntim videoları yayılan türkiyəli deputat istefa verdi - Foto
- Türkiyəli deputatın intim videoları mafiyanın əlinə keçdi
- Türkiyədə üç ay əvvəl evlənən cütlük qaya uçqununda həlak olub - Foto
Digər xəbərlər