Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyə prezidenti suriyalı qaçqın uşaqların qarşısında çıxış edib
"Türkiyədə 4 milyon 33 min miqrant var. Həyata keçirdiyimiz tədbirlər nəticəsində bu rəqəm gündən-günə azalır".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Miqrasiya İdarəetmə Proqramı adlı konfransında etdiyi çıxışda deyib.
Konfransda Suriyadan olan qaçqınlar və onların uşaqları da iştirak ediblər. Səhnəyə çıxan suriyalı uşaqların qarşısında nitq söyləyən Rəcəb Tayyib Ərdoğan bildirib ki, bugünkü Türkiyə iqtidarı daim Suriyadan olan qaçqınlara qucaq açıb və onların vətənlərinə təhlükəsiz şəkildə qayıtması üçün çalışır.

"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan ABŞ-yə səfəri haqqında anons verdi
- Ərdoğan: "Mənim yenidən seçilmək kimi bir dərdim yoxdur"
- TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb
- Novruz Türk Dünyasının ortaq bayramı oldu
- Rəcəb Tayyib Ərdoğan: "İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək"