Diyarbəkirdə konsert verən gənc müğənni Aleyna Tilkinin çıxışı zamanı partlayış baş verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, konsert keçirilən restoranda naməlum şəxs əldə düzəldilmiş bomba partladıb.
Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilib.
Polisdən verilən məlumata görə, yaralanmaya səbəb partlayış deyil izdiham olub.
İfaçı “Tvitter” hesabında “Biz yaxşıyıq dostlar” deyə paylaşım edib.
A.M.