Türkiyədə 4-22 iyul tarixlərində baş verən 61 meşə yanğını faktına görə 23 nəfər saxlanılıb. Saxlanılanlardan dörd nəfər barəsində həbs qərarı verilib. Digərləri polis nəzarəti altında olmaqla sərbəst buraxılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.
A.Yerlikaya son günlər baş verən meşə yanğınlarının əsas səbəbi haqqında da məlumat verib.
O, yerli sakinlərin otbiçənlə işləyərkən ətrafa yayılan qığılcımların yanğınlara səbəb olduğunu bildirib.
04-22 Temmuz 2025 tarihleri arasında meydana gelen 61 orman yangını ile ilgili Jandarmamız tarafından;
— Ali Yerlikaya (@AliYerlikaya) July 23, 2025
🔻23 şüpheli şahıs gözaltına alındı. Bunların 4’ü tutuklandı; 19’u hakkında adli kontrol kararı verildi.
🟥 Eskişehir-Seyitgazi Bardakçı Mahallesinde; 4 Temmuz’da başlayıp…