Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyədə şəhər merinə 19,5 illik həbs cəzası verildi
Türkiyədə mart ayında keçirilən bələdiyyə seçkilərində respublikanın cənub-şərqində yerləşən Hakkari şəhərinin bələdiyyə sədri seçilən Mehmet Sıddık Akış məhkəmə tərəfindən terrorizmdə təqsirli bilinərək 19,5 il müddətinə azadlıqdan məhrum edilib.
O, silahlı terror qruplaşmasına rəhbərlik etməkdə günahlandırılıb. Prokurorlar ilkin olaraq Akış üçün 15 ildən 22,5 ilədək həbs cəzası istəyiblər.
Hakkari valisi Əli Çelik respublika Daxili İşlər Nazirliyinin əmri ilə bələdiyyə sədrinin səlahiyyətlərini icra edən şəxs təyin edilib.
Qeyd edək ki, iyunun 3-də Akış terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi üzrə aparılan istintaq çərçivəsində vəzifəsindən uzaqlaşdırılaraq saxlanılıb.
Mənbə: TRT
"PKK" teqi üzrə xəbərlər
- Milli Qəhrəmanın məhbus oğlunun cinayət işinə XİTAM VERİLDİ
- "Haber Global"da 29 terrorçunun zərərsizləşdirildiyi əməliyyatın təfərrüatı açıqlanıb
- Yaxın vaxtlarda Suriyaya quru əməliyyatı olacaqmı? - Türkiyəli nazirlərdən AÇIQLAMA
- Suriyanın yeni hökumətinin lideri Türkiyəyə ilk səfərini planlaşdırır
- "Haber Global"da ABŞ rəsmilərinin PKK/YPG ilə bağlı ziddiyyətli mövqeyi təhlil edilib