Türkiyənin Balıkesir bölgəsində zəlzələ olub.
Oxu.Az AFAD-a istinadən xəbər verir ki, Sındırgı rayonunda baş verən yeraltı təkanlar 4.9 bal gücündə qeydə alınıb.
Təbiət hadisəsi bu gün Bakı vaxtı ilə saat 11:06-da baş verib.
Zəlzələnin dərinliyi 6.97 kilometrdə yerləşib. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.
İtki və dağıntı barədə məlumat verilməyib.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) December 11, 2025
Büyüklük:4.9 (Mw)
Yer:Sındırgı (Balıkesir)
Tarih:2025-12-11
Saat:10:06:14 TSİ
Enlem:39.19667 N
Boylam:28.31639 E
Derinlik:6.97 km
Detay:https://t.co/Vvh95XA0N7@afadbaskanlik @trthaber @anadoluajansi