Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyədə zəncirvari qəza: 25 avtomobil toqquşdu
Türkiyədə Bitlis-Tatvan avtomobil yolunda təxminən 25 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, qəza nəticəsində 31 nəfər yaralanıb.
Bildirilir ki, qatı duman və buzlanma səbəbindən yük maşını, sərnişin mikroavtobusu, şəhərdaxili mikroavtobus və çox sayda minik avtomobili toqquşub, əksəriyyəti yararsız hala düşüb.
Qəzadan sonra yol hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım, xilasetmə qrupları və polis qüvvələri cəlb ediliblər.
Eyni zamanda, qəza səbəbindən kilometrlərlə uzanan tıxacın yarandığı bölgədə işlər davam edir.
"Türkiyə" teqi üzrə xəbərlər
- Yeni doğduğu körpəsini Antalyada hava limanında qoyub gedən qadına hökm oxundu
- Hakan Fidan: "Ukraynadakı münaqişənin təcili nizamlanmasına ehtiyac var"
- Türkiyədə sinaqoqlara və yəhudi məktəblərinə hücum həyata keçirmək istəyən şəxs saxlanılıb
- "Haber Global": Türkmənistan qazının tədarükü Ankaranın TDT ilə münasibətlərini dərinləşdirəcək
- Türkiyədə əməliyyat keçirən qadının gözlərinin hərəsi bir rəngdə oldu