Türkiyədə hərbi çevrilişdə ittiham edilən Fətullah Gülən hərəkatına qarşı əməliyyat çərçivəsində müxalif Xalq Respublika Partiyasının lideri Kamal Kılıçtaroğlunun müşaviri Fatih Gürsul saxlanılıb.
Oxu.Az bu barədə Trend-ə istinadən xəbər verir.
İyulun 15-də Türkiyə rəhbərliyi hərbi çevrilişə cəhd olduğunu bəyan edib. Hərbçilər öz növbəsində hakimiyyətin onların əlinə keçdiyini bildirsələr də, iyulun 16-dan təslim olmağa başlayıblar. Türkiyə hakimiyyəti qiyam cəhdinin baş tutmadığını bəyan edib.
N.O.
www.oxu.az