Almaniya və Yunanıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunun oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, A Liqasının 2-ci qrupunda keçirilən qarşılaşma Almaniyanın Auqsburq şəhərindəki "WWK Arena"da baş tutub.
Görüş Yunanıstan millisinin 0:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 74-cü dəqiqədə Yunanıstan millisinin yarımmüdafiəçisi Dimitrios Kurbelis vurub.
Qrup mərhələsinin 1-ci turunda Yunanıstan Serbiyanı 2:1 hesabı ilə məğlub edib, Almaniya isə Niderlandla 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliya əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatan finalda penaltilər seriyasında İspaniyanı 5:3 hesabı ilə məğlub edib. Portuqaliya Millətlər Liqasının ikiqat qalibidir.