Ukraynanın Donbas bölgəsində avtomobilin minaya düşməsi nəticəsində ATƏT əməkdaşı ölüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, ATƏT faktı təsdiqləyib.
Məlumatda bildirilir ki, hadisə bu gün Slavyanoserbsk rayonunun Prişib kəndində olub. İki avtomobillə Slavyanoserbsk-Sokolnik marşrutu üzrə hərəkət edən ATƏT əməkdaşlarının avtomobillərindən biri minaya düşüb. Nəticədə ATƏT əməkdaşlarından biri ölüb, biri yaralanıb.
A.M.