Yəmən sahillərində raket atəşinə tutulan Pakistan gəmisi batıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, dekabrın 22-də, The Daily Pakistan nəşri məlumat yayıb.
Nəşrin məlumatına əsasən, “MV Jouya” gəmisi Misirdən Dubaya üzürdü. Sahildən atılan raket gəmiyə tuş gəlib. Nəticədə göyərtədə yanğın başlayıb və “MV Jouya” batıb.
İnsident zamanı yalnız Kabir adlı dənizçi xilas olub. O suya tullanaraq sahilə qədər üzüb. Gəminin kapitanı da daxil olmaqla digər yeddi ekipaj üzvü həlak olub.
Raketin kimin tərəfindən buraxıldığı hələlik müəyyən edilməyib.
S.B.
www.oxu.az