Keçmiş ağırçəkili amerikalı boksçu Mayk Taysonun məşhur döyməsinin həkk olunduğu yumurta şəkli onu cana gətirib.
Oxu.Az xəbər verir ki, Tayson “Twitter” səhifəsində izləyiclərinə “bu zibili mənə daha göndərməyin” deyə müraciət edib.
Şəkildəki naxış idmançının sol gicgahını “bəzəyən” döymənin formasını dəqiq şəkildə təkrarlayır.
Onun bu müraciətindən sonra “retvitlər”də yumurta şəkillərinin ardı-arası kəsilməyib. Bir çox istifadəçilər bu addımı “kim bilir, bəlkə də, görməyib”, - deyə əsaslandırmağa çalışıb.
Mayk Taysonun başına gətirilən bu “yumurta” trollinqi “Instagram”da adi toyuq yumurtasının bəyənmə sayına görə rekordçu olmasından sonra başlayıb. Rekorda imza atan şəkil on gün ərzində 25 min dəfədən çox bəyənilib.
Rəylər