İraqın silahlı qüvvələri Bayci şəhərində yerləşən, “İraq Şam İslam Dövləti”nin yaraqlılarının ələ keçirməyə çalışdıqları, ölkədə ən iri neft emalı zavoduna nəzarəti bərpa etməyə nail oldu.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, bir həftə ərzində onlar böyük bir ərazini nəzarət altına alıblar. Bura İraqda əhəmiyyətinə görə ikinci yeri tutan Mosul və Tikrit şəhəri daxil olmaqla Saah-əd-Din vilayəti aiddir.
Yüzlərlə gənc hökumət ordu sıralarına yazılır. İraqın baş naziri Nuri əl-Maliki onların hər birinə maddi mükafat vəd edib. Amma könüllülər əllərinə silah alıb “İraq Şam İslam Dövləti”nin yaraqlılarına qarşı döyüşə qalxmalarına səbəbin baş nazirin vədi deyil, Əli Ayətullah əs-Sistaninin çağırışı olduğunu söyləyiblər.
“Mən bura əs-Sistaninin çağırışına görə gəlmişəm. Biz öz borcumuzu yerinə yetirəcək və İraq xalqına xidmət edəcəyik”, - könüllülərdən biri deyib.
“İraqda islamçılara qarşı döyüşlərdə iştirak edən, hər bir könüllüyə hər ay 644 dollar pul ödəniləcək”, - Reuters agentliyi bildirib.