Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Şimali Atlantika Alyansına (NATO) nə üçün dəvət edilməməsini səmimi qəlbdən başa düşmədiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, dövlət başçısı bu barədə "Fox News" telekanalına verdiyi müsahibə zamanı danışıb.
"Ukraynanın nəyə görə proseslərə cəlb olunmadığını və NATO-ya çağırılmadığını heç vaxt anlaya bilməmişəm", - deyə Ukrayna lideri qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Moskvanın bu məsələdəki prinsipial mövqeyini dəfələrlə dilə gətirib. Onun sözlərinə görə, Rusiya Ukraynanın hərbi bloka qəbul edilməsinə qəti şəkildə qarşıdır. Dövlət başçısı vurğulayıb ki, mövcud vəziyyətin ən yaxşı həlli rəsmi Kiyevin NATO-ya daxil olmaqdan könüllü olaraq imtina etməsidir.