Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bir tankerin hazırlanmasına sərf olunan maliyyə açıqlandı
Bir tankerin hazırlanması üçün 14 milyon ABŞ dolları maliyyə sərf olunur.
Oxu.Az xəbər verir ki, bu sözləri Bakı Gəmiqayırma Zavodunun baş meneceri İmanverdi Həsənov deyib.
O bildirib ki, hazırda altı layihə həyata keçirilir ki, onların hamısı ASCO-nun sifarişi ilə hazırlanır:
“Bu gün gördüyünüz “Laçın” tankeri ən müasir tələblərə uyğun tikilib. Texniki imkanları digər gəmilərdən fərqlənir. Eni digər gəmilərdən çoxdur, yükdaşıma qabiliyyəti daha artıqdır.
Gələcəkdə istehsal edilən gəmilərin xarici ölkələrə satılması məsələsi də müzakirə edilə bilər. Bu gün yeni zavodlarda bir gəminin ərsəyə gətirilməsi üçün ilkin olaraq xərclər nəzərdə tutulur, müqavilələr imzalanır.
Bildirim ki, bir tankerin hazırlanması üçün 14 milyon ABŞ dolları, “Ro-Pax” tipli gəmi-bərənin hazırlanmasına isə 41 milyon ABŞ dolları xərclənir”.
İ.Həsənov onu da əlavə edib ki, zavodda işçi heyətinin böyük hissəsini yerli mütəxəssislər təşkil edir:
“Hazırda zavodda 1390 nəfər yerli, 200-ə yaxın isə podratçı şirkətlərin işçiləri çalışır. Demək olar ki, işçilərin 100 faizi yerli işçilərdir. Əcnəbi mütəxəssislər işçi qüvvəsinin təxminən 5 faizini təşkil edir”.
Könül Cəfərli
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO)" teqi üzrə xəbərlər
- Azərbaycanda dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq
- Xəzər dənizində bədbəxt hadisə - Ölən var
- İşdən çıxarılan rektorun YERİNƏ TƏYİNAT
- Azərbaycan TARİXİNDƏ İLK: Üçrəngli bayrağımız altında üzən gəmi ABŞ limanında
- İlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edib