15 
Dek
2021
17:40
23
173
5582
Virtual karabakh

Azərbaycandan xaricə köçürülən vəsaitin həcmi bilindi: Daha çox hansı ölkələrə pul transferti edilir? - SİYAHI

15 Dek, 2021
17:40
5582

Azərbaycandan xaricə köçürülən vəsaitin həcmi bilindi: Daha çox hansı ölkələrə pul transferti edilir? - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il ərzində Azərbaycana xaricdən daxil olan və ölkədən xaricə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi artıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, 2021-ci ilin doqquz ayı ərzində Azərbaycana xarici ölkələrdən 772 470 000 dollar pul vəsaiti transfert edilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz çox olub.

Müvafiq dövrdə Azərbaycana ən çox Rusiya Federasiyasından - 409 353 000 dollara yaxın pul vəsaiti köçürülüb. Bu isə 2020-ci ilin eyni dövrü ilə (illik) müqayisədə 16,1 faiz çoxdur. Türkiyədən ölkəmizə isə 79 510 000 dollara qədər pul transfert edilib və bu, illik müqayisədə 42,8 faiz daha çox olub. Ölkəmizdə növbəti ən çox pul köçürməsi Amerika Birləşmiş Ştatlarından edilib. İllik müqayisədə ABŞ-dan Azərbaycana pul transfertinin həcmi 15,3 faiz artaraq 46 932 000 dolları təşkil edib.

Aşağıda digər ölkələrdən Azərbaycana köçürülən pul vəsaitinin ölkələr üzrə məbləği və ötən ilin eyni dövrü ilə müqayisədə artım və azalma səviyyəsi əks olunub:

1. Rusiya Federasiyası - 409 353 000 ABŞ dolları (16,1 faiz çox)

2. Türkiyə - 79 510 000 ABŞ dolları (42,8 faiz çox)

3. Amerika Birləşmiş Ştatları - 46 932 000 ABŞ dolları (15,3 faiz çox)

4. Birləşmiş Krallıq - 25 670 000 ABŞ dolları (36,1 faiz çox)

5. Qazaxıstan - 23 413 000 ABŞ dolları (2,7 faiz çox)

6. Ukrayna - 20 517 000 ABŞ dolları (43 faiz çox)

7. Birləşmiş Ərəb Əmirlikləri - 20 043 000 ABŞ dolları (18,2 faiz az)

8. Almaniya - 17 289 000 ABŞ dolları (42,3 faiz az)

9. Gürcüstan - 15 638 000 ABŞ dolları (46,4 faiz az)

10. Səudiyyə Ərəbistanı - 8 783 000 ABŞ dolları (12,5 faiz az)

Bu 10 ölkədən Azərbaycana 667 148 000 dollar pul vəsaiti köçürülüb və bu ümumi transfertin 86,3 faizi təşkil edib. Bu ölkələrdə yanaşı İsrail, Özbəkistan, İsveçrə, Kanada, Qətər, Kipr, İsveç, Fransa, Belarus, Avstriya, İrlandiya, Niderland, Küveyt, Qırğızıstan, İraq, Litva və digər ölkələrin də Azərbaycana pul vəsaitləri köçürülüb.

2021-ci ilin doqquz ayında Azərbaycandan xaricə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi isə 402 292 000 dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədən xaricə pul transfertlərinin həcmi 5 faiz artıb.

Belə ki, müvafiq dövrdə Azərbaycandan Türkiyəyə 107 624 000 dollar, Rusiyaya 85 462 000 dollar, Gürcüstana 61 057 000 dollar pul transfert edilib. 

Aşağıda Azərbaycandan digər ölkələrə köçürülən pul vəsaitinin ölkələr üzrə məbləği və ötən ilin eyni dövrü ilə müqayisədə artım və azalma səviyyəsi əks olunub:

1. Türkiyə 107 624 000 ABŞ dolları (24,6 faiz çox)

2. Rusiya Federasiyası  85 462 000 ABŞ dolları (10,8 faiz çox)

3. Gürcüstan 61 057 000 ABŞ dolları (43,6 faiz çox)

4. Amerika Birləşmiş Ştatları 30 182 000 ABŞ dolları (24,8 faiz az)

5. Ukrayna 18 293 000 ABŞ dolları (9,3 faiz çox)

6. Almaniya 16 517 000 ABŞ dolları (2,7 faiz az)

7. Birləşmiş Krallıq 14 993 000 ABŞ dolları (22,4 faiz az)

8. Koreya Respublikası 6 022 000 ABŞ dolları (59,9 faiz çox)

9. Kanada 4 722 000 ABŞ dolları (15,4 faiz az)

10. Çin 3 522 000 ABŞ dolları (33,2 faiz çox)

Azərbaycandan bu 10 ölkəyə 348 394 000 dollar vəsait transfert edilib və bu ümumi transfertin 86,6 faizini təşkil edib. Müvafiq dövrdə Azərbaycandan Qazaxıstan, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Polşa, Fransa, Niderland, İsveçrə, Belarus, Özbəkistan, İtaliya, Lüksemburq, İspaniya, İsrail, Hindistan, Belçika və digər dövlətlərə pul vəsaitləri köçürülüb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri