Yan
2022
22:22
21
695
8004
Virtual karabakh

Qlobal ərzaq bazarında böhran: Qiymətlər yüksəlir - İCMAL

6 Yan, 2022
22:22
8004

Qlobal ərzaq bazarında böhran: Qiymətlər yüksəlir - İCMAL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanda unun və çörəyin icazə verilən maksimum qiymətləri müəyyənləşib.

Trend-in məlumatına görə, belə ki, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 0,5 manat, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 0,65 manat müəyyən edilib.

Qeyd edək ki, ərzaq buğdasının qiymətləri qlobal iqtisadi proseslər, COVID-19 pandemiyasının təsiri, 2021-ci il ərzində dünya bazarlarında ərzaq buğdasına artan tələbat, habelə buğda istehsalçısı ölkələr tərəfindən həyata keçirdiyi tədbirlər fonunda kəskin bahalaşıb.

Dünyanın müxtəlif ölkələrində ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə olunur. Məsələn, Almaniyada buğdanın qiyməti 2020-ci illə müqayisədə 2021-ci ildə 33%, Rumıniyada isə bu rəqəm daha yüksəkdir - 33,70%. Türkiyədə ərzaq məhsullarının qiymətləri 27,11% artıb.

Türkiyədə 2021-ci il üçün taxılın qiyməti bir ton üçün 2450 türk lirəsi (196 ABŞ dolları) müəyyən edilsə də, hazırda onun qiyməti 3720 türk lirəsi (297 dollar) təşkil edir. İspaniyada buğdanın qiyməti bir ton üçün 285 avrodan 420 avroya yüksəlib, Xorvatiyada isə 53% artım var. Yuxarıda göstərilən artım templəri hələ ki, ən yüksək deyil.

Yunanıstanda buğda qiymətləri qeyd olunan dövr ərzində 210%, Kanadada isə 51% artıb. Qırğızıstanda taxılın qiyməti 2020-ci illə müqayisədə 2021-ci ildə 39,3% artıb.

Aşağıdakı cədvəldə müxtəlif ölkələrdə ərzaq qiymətlərinin artım göstəricilərini təqdim edirik:

Ölkələr

2020-ci ilə nisbətən 2021-ci ildə ərzaq qiymətlərində artım

Buğda qiymətlərinin qalxması

Almaniya

N/A

33%

Ruminiya

N/A

33,70%

Türkiyə

27,11%

 

Türkiyədə 2021-ci il üçün taxılın qiyməti 2450 türk lirəsi (196 ABŞ dolları) müəyyən edilsə də, hazırda onun qiyməti bir ton üçün 3720 türk lirəsi (297 dollar) təşkil edir.

İspaniya

N/A

Bərk buğdanın qiyməti bir ton üçün 285 avrodan 420 avroya yüksəlib.

Xorvatiya

N/A

53%

Macarıstan

 

31%

Kanada

 

51%

Qırğızıstan

 

39,3% (taxıl)

Yunanıstan

N/A

210%


Bu siyahını uzatmaq olar. Dünyada müşahidə olunan tendensiyalar göstərir ki, 2022-ci il pandemiyadan sonrakı dövr kimi yadda qalacaq və tələbatın artması, taxıl, ərzaq və digər zəruri məhsulların istehsalının azalması fonunda qiymətlərin qalxması qaçınılmazdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri