Bakıda keçmiş məhkum avtomobili qarət edib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Yasamaldakı avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4 300 manat dəyərində qızıl boyunbağı oğurlanıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.