Böyükşor şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Avqustun 25-i saat 16:30-da Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Briqada tərəfindən 3 nəfərin (hər biri kişi cinsli) müraciəti qeydə alınıb. Onlardan 2 nəfərə yerində ilkin tibbi xidmət göstərilib, 1 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Sağ əlin sınığı, döş qəfəsinin küt travması diaqnozu təyin edilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - məlumatda bildirilib.
Aygün Mirakif
Böyükşor şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yük avtomobili BMW markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.