Bu ilin üç ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd edilib ki, nəticədə 21 piyada ölüb, 22-si isə xəsarət alıb.
Qaynar xətt:
(055) 224 12 12