Naxçıvanda 39 yaşlı kişi intihar edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, şəhərin 36-cı məhəlləsində yerləşən evdə kirayədə yaşayan 1986-cı il təvəllüdlü Adəm Həziyev orada intihar edib.
A.Həziyevin Naxçıvan Təmizlik İdarəsinin işçisi olduğu bildirilir.
Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.